<b>“Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu </b>
13 iyul 2018 07:35 (UTC +04:00)

“Mercedes Vito” aşdı, 10 nəfər xəstəxanalıq oldu

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus və “Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Qəza zamanı “Mercedes Vito”-nun aşdığı bildirilir. 

 

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Onlardan ikisinin azyaşlı olduğu bildirilir.

 

Qəzanın təfərrüatları müəyyənləşdirilir. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar