[b] 22 yaşlı qız əməliyyatdan sonra öldü [/b]- [b]Samuxda[/b]
01 oktyabr 2016 00:09 (UTC +04:00)

[b] 22 yaşlı qız əməliyyatdan sonra öldü [/b]- [b]Samuxda[/b]

Samux rayon Nəbiağalı kənd sakini əməliyyatdan sonra dünyasını dəyişib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, kənd sakini 1994-cü il təvəllüdlü Turanə Məmmədova sentyabr ayının 11-də Göygöl rayon Mərkəzi xəstəxanasında kəskin appendisit diaqnozu ilə əməliyyat edilib.

 

Bir neçə gün xəstəxanada qalan T.Məmmədova evə buraxıldıqdan sonra özünü narahat hiss etməyə başlayıb. O, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya aparılıb. Tibbi yardım göstərilsə də, T.Məmmədova dünyasını dəyişib.

 

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar