[b]9 manata görə[/b] 24 İL HƏBS
05 iyun 2018 13:28 (UTC +04:00)

[b]9 manata görə[/b] 24 İL HƏBS

 

 

Taksi sürücüsünü döyərək quldurluqla 9 manat pulunu almaqda təqsirləndirilən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfov barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Məhkəmə bitəndən sonra təqsirləndirilən şəxslərin yaxınları hökmə etiraz ediblər. Onlardan bəzisinin ürəyi gedib.

 

Qeyd edək ki, hadisə 2018-ci il fevralın 1-də Xırdalanda baş verib. Taksi fəaliyyəti ilə məşğul olan Elxan Vesiyov müştəri kimi avtomobilinə minən şəxslər tərəfindən döyülərək pulunun alındığını bildirib. Nəticədə Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb. Bir həyətdə kirayədə yaşayan Tərlan Şahkərimov, Murad Əşrəfov və Elvin Babayev taksi sürücüsündən aldıqları 9 manata ərzaq alıblar. Sürücünün mobil telefonu isə Tərlan Şahkərimovda qalıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Səlcuq Elçin

Oxşar yazılar