Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın “report”a istinadən xəbərinə görə, 1993-cü il təvəllüdlü Məmmədov Aqil yolu keçmək istəyən zaman onu minik maşını vurub.
Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən, yolda keçinib. Sürücü saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.