[b]1 yaşlı uşağın üstünə qaynar su töküldü[/b] - [b]Salyanda[/b]
03 iyun 2017 02:04 (UTC +04:00)

[b]1 yaşlı uşağın üstünə qaynar su töküldü[/b] - [b]Salyanda[/b]

Salyanda 1 yaşlı uşaq yanıq xəsarətləri alıb.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə axşam saatlarında, rayonun Xələc kəndində baş verib. Belə ki, həmin kənddə yaşayan Elcan Şamxal oğlu Əlicanov valideynlərinin diqqətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

 

Nəticədə E.Əlicanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Körpə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar