[b]19 yaşlı oğlan özünü güllələdi[/b] - [b]Ağdaşda[/b]
25 iyul 2018 20:16 (UTC +04:00)

[b]19 yaşlı oğlan özünü güllələdi[/b] - [b]Ağdaşda[/b]

Ağdaş rayonunda müəmmalı intihar hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb.

 

Kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu yaşadığı kənddə yerləşən gölün kənarına gedərək orada özünə ov tüfəngindən atəş açıb. Ağız və çənə nahiyəsindən güllə yarası alan Əvəz Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar