Tərtər rayonunda uşaq bağçasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tərtər rayonu, Səhləbad kəndində (rayon mərkəzindən 6 km aralı) Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 250 kvadratmetr olan hazırda fəaliyyət göstərməyən birmərtəbəli uşaq bağçası 1 otaq 30 kv.m sahədə yanıb. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.