Bu gün “Yeni Müsavat” qəzeti abunə kompaniyasına başlayıb. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl satışını dayndırmaq təhlükəsi ilə üzləşən qəzetin redaksiyasında saat 12-dən başlayan marafona partiya sədrləri, tanınmış jurnalistlər, ictimai xadimlər və siyasətçilər qoşulub.
Abunə marafonunun təşəbbüskarı “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanovdur. Gün ərzində abunə kompaniyasına 1000 nəfərdən çox ictimai fəal və qəzet oxucusu qoşulub.