“VAZ” və “Prado” toqquşdu: sürücülər xəstəxanalıq oldu
07 aprel 2018 23:31 (UTC +04:00)

“VAZ” və “Prado” toqquşdu: sürücülər xəstəxanalıq oldu

Gədəbəydə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gədəbəy şəhərində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Arıqdam kənd sakini 1985-ci il təvəllüdlü İskəndərov Elçin İskəndər oğlu və “Prado”nun sürücüsü 1955-ci il təvəllüdlü Sadıqov Akif Nəbi oğlu müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. E. İskəndərovun vəziyyətin orta ağır, A. Sadiqovunki isə kafi qiymətləndirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar