<b>“Turan” agentliyinə qarşı vergi sanksiyası ləğv olundu</b>
16 sentyabr 2017 10:04 (UTC +04:00)

“Turan” agentliyinə qarşı vergi sanksiyası ləğv olundu

0

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" informasiya agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

 

APA-nın xəbərinə görə, bu barədə məlumatı “Turan” agentliyi yayıb.

 

Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib və agentliyə bu barədə rəsmi rəsmi məktubla məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar