Yanvarın 5-də saat 23 radələrində Biləsuvar şəhərinin ərazisində “Mercedes” markalı avtomobil yol polisini vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov “saxla” işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti “BMW” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.
Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıb.
R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.