Bakıda ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 27-də Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzindəki mağazalardan birindən geyim əşyaları oğurlanıb.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balakən rayon sakini Nərmin Dibirova saxlanılıb.