“Bandotdel” Bakıda əməliyyat keçirib - YENİLƏNİB
15 yanvar 2014 14:13 (UTC +04:00)

“Bandotdel” Bakıda əməliyyat keçirib - YENİLƏNİB

“Ovçu” mağazasında qanunsuz silahlar aşkarlanıb

 

 

 

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda “Ovçu” mağazasında əməliyyat keçirib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə,  həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş. Qurbanov küçəsində yerləşən “Ovçu” mağazasının anbarına baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus, qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan “Tiqr” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan “Walter” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2753
avatar

Oxşar yazılar