“Lotu Quli” Türkiyəni tərk etdi: avtoritetin ölüm işi...
12 may 2018 17:41 (UTC +04:00)

“Lotu Quli” Türkiyəni tərk etdi: avtoritetin ölüm işi...

“Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Türkiyəni tərk edib. Lent.az-ın məlumatına görə, bu barədə “Rosbalt” agentliyi xəbər yayıb.

 

Agntliyin mənbələti bunu Antalyada qətlə yetirilmiş “qanuni oğru” “Qiya Kutaisski”nin ölüm işinin istintaqı ilə əlaqələndirirlər. “Quli”nin yaxınları hesab edirlər ki, hansısa qüvvələr bu işi onun üzərinə atmaq istəyir.

 

Agentliyin yazdığına görə, Səlifov İstanbuldan Birləşmiş Ərəb Əmirliklərinə gedib. Avtoritetin özü bu səfərini “istirahət və yeni fəaliyyət sahələri axtarışı” ilə əlaqələndirib. Ancaq agentlik iddia edir ki, Rusiyanın iki məhkəməsinin qiyabi hökmü ilə adam oğurluğu və hədə-qorxu ilə tələb etmə kimi ağır ittiham altında olan avtoritetin Türkiyə kimi sakit və onunçün təhlükəsiz olan bir sığınacağı istirahət üçün tərk etməsi ağlabatan deyil. Yeri gəlmişkən, “Rosbalta” bildirir ki, Səlifovun beynəlxalq axtarışı barədə materiallar da hələ İnterpola daxil olmayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar