FHN-dən APA-ya verilən məlumata görə, saat 17:11 radələrində 112 Xidmətindən yol-nəqliyyat qəzanı baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olan əməliyyat məlumatına əsasən Qaradağ rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1978-ci il təvəllüdlü Əliyev Saməddin Cabir oğlunun idarə etdiyi “VAZ-2106” markalı 10 GD 390 dövlət nömrə nişanlı minik avtomobili ilə 1994-cü il təvəllüdlü İsmayılzadə Maksud Çingiz oğlunun idarə etdiyi “KamAZ” markalı 05 BE 161 dövlət nömrə nişanlı yük avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb. “VAZ-2106” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində keçinib.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi adıçəkilən avtomobildən çıxararaq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini təmin ediblər.