Sumqayıtda qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə 6 nəfər həbs olunub. Lent.az-ın məlumatına görə, yanvarın 16-da Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5-ci mikrorayonun ərazisində yerləşən “Çempion” çay evində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ etdiklərinə görə şəhər sakinləri İlkin Bəşirov, Ələkbər Zeynalov, Samir Məmmədkərimov, Hamlet Talıbov, Əlinur Atayev, Rasim Bədəlov saxlanılıb.
.