“Aqrolizinq”in vəzifəli əməkdaşlarının işi məhkəmədə
10 iyun 2014 14:25 (UTC +04:00)

“Aqrolizinq”in vəzifəli əməkdaşlarının işi məhkəmədə

0

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, istintaq zamanı Şəki regional logistik bazasının müdiri Cabbar Qaffarovun qulluq mövqeyindən sui-istifadə edib dövlət büdcəsinin vəsaiti hesabına alınan 109 min 500 manat dəyərində mineral gübrələrin qanunsuz olaraq ayrı-ayrı şəxslərə güzəştli şərtlərlə satışını həyata keçirməsi müəyyən edilib. Onun “Aqrolizinq” ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eyni zamanda bazanın anbardarı Seymur Ənnağıyevlə əlbir olub mineral gübrələri hüquqi və fiziki şəxslərə sataraq əldə olunmuş 12 min 800 manat məbləğində külli miqdarda özgə əmlakını mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Cabbar Qaffarova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə),  Seymur Ənnağıyevə isə həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.

 

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunmuşdur.

 

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1697

Oxşar yazılar