“Zika” ilə bağlı fövqəladə vəziyyət bitdi
19 noyabr 2016 00:24 (UTC +04:00)

“Zika” ilə bağlı fövqəladə vəziyyət bitdi

0

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda “Zika” virusunun yayılması  ilə bağlı fövqəladə vəziyyətin bitdiyini elan edib.

 

APA-nın xəbərinə görə, bu barədə ÜST-ün yaydığı məlumatda bildirilir.

 

“Zika virusu və onun yaratdığı fəsadlar əhəmiyyətli və uzunmüddətli problem olaraq qalmaqdadır, lakin onlar  beynəlxalq səviyyədə ictimai səhiyyə sistemi üçün təhlükə kəsb etmirlər”, məlumatda qeyd edilir.

 

Xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan “Zika” virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.  Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar