Bakıda 89 yaşlı ahıl çarpayıdan yıxılıb, ayağa qalxa bilməyib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda 1929-cu il təvəllüdlü, artıq bədən çəkili 1 nəfər yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşa müvafiq köməklik göstəriblər.