Zaqatalada 60 yaşlı qadın çayda boğulub. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 18:00 radələrində rayonun 1 nömrəli fındıqçılıq sovxozunda yaşayan, 1953-ci il təvəllüdlü Xasiyeva Elminaz Feyzullah qızının meyiti yaxın qohumları tərəfindən xəstəxananın qəbul şöbəsinə gətirilib.
Araşdırma zamanı məlum olub ki, Elminaz Xasiyeva yaşadığı evin yaxınlığında axan çaya yıxılıb və suda boğularaq ölüb.
Zaqatala MRX-dan APA-ya bildirilib ki, Elminaz Xasiyeva son zamanlar epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Fakla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.