60 min manatlıq malı yandı
13 noyabr 2013 00:17 (UTC +04:00)

60 min manatlıq malı yandı

Ağdaş rayonunda güclü yanğın hadisəsi baş verib, sahibkara 60 min manatdan artıq maddi ziyan dəyib.

 

Rayon yanğından mühafizə hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospekti 162 ünvanında qeydə alınıb. Sahibkar, 47 yaşlı Gündüz Teymurova məxsus ümumi sahəsi 80 kvadratmetr olan qarışıq mallar mağazasında baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı mağaza və içərisində məhsullar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı mağazaya birləşik 35 kvadratmetrlik yardımçı tikili yanıb, ətrafdakı iki fərdi yaşayış evi isə yanğından mühafizə edilib. Yanğın zamanı sahibkara ümumilikdə 60 min manatdan artıq maddi ziyan dəyib.

 

Hadisə işçilərin nahar fasiləsi vaxtı baş verib, xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784
avatar

Oxşar yazılar