57 yaşlı qadın ağacdan yıxıldı, ağır yaralandı
19 noyabr 2017 21:38 (UTC +04:00)

57 yaşlı qadın ağacdan yıxıldı, ağır yaralandı

Şəkidə 57 yaşlı qadın ağacdan yıxılaraq ağır xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun Cumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Sevdigül Aslan qızı Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı Sevdigül Məmmədovanın  yaşadığı ünvanda xurma yığan zaman ağacdan yıxılması məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Sevdigül Məmmədovaya qapalı kəllə-beyin travması dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar