40 ədəd yol nişanı oğurladı
20 aprel 2018 11:22 (UTC +04:00)

40 ədəd yol nişanı oğurladı

Masallı Rayon Polis Şöbəsinə Sərcuvar-Hüseynhacılı avtomobil yolundan yol-tikinti şirkətlərindən birinə məxsus ümumilikdə 40 ədəd yol nişanının oğurlanması barədə müraciət daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalarla onun Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Şükürov olduğu müəyyən edilib. Nişanların bir qismi maddi sübut kimi ondan götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar