[b]Saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbi sərhəddə saxlanıldı[/b]
27 aprel 2018 09:29 (UTC +04:00)

[b]Saxta pasportla Avropaya getmək istəyən 3 əcnəbi sərhəddə saxlanıldı[/b]

Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri davam etdirilir.
 
 
DSX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 24-25 aprel tarixlərində DSX əməkdaşları tərəfindən 3 xarici vətəndaşın saxta sənədlərlə Avropa ölkələrinə qanunsuz səfər etmək məqsədilə Azərbaycan Respublikası əra­zisindən tranzit istifadə etmək cəhdinin qarşısı alınıb.
 
24 apreldə “Şar­ja-Bakı” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı özlərini Böyük Britaniya və­tən­­daşları kimi təqdim edən 1958-ci il təvəllüdlü Sid­diqi Salma və 1987-ci il təvəllüdlü Siddiqi Mujeeb Ur Rehman tərə­fin­­dən sərhəd nə­zarətinə təqdim olunmuş pasportların həqiqiliyi şüb­hə doğurub. 25 apreldə “Bakı-Frankfurt” reysinin rəsmiləşdirilməsi za­ma­­nı özü­­­­nü Almaniya vətəndaşı kimi təqdim edən 1995-ci il təvəllüdlü Mu­ham­med Luqman Muhammed Amen pasportunun saxta olmasına şübhələr yaranıb. 
 
 
Hər iki halda sərhəd keçmə sənədləri xüsusi laboratoriya şərai­tin­də dərinləş­diril­miş yoxlamadan keçirilib, pasportların məlu­mat sə­hi­fəsinin də­yiş­­­di­rilərək saxtalaşdırılması müəyyən edilib. Həmin şəxs­­lə­rin üzə­rinə baxış keçirilərkən onlara məxsus birinci halda Pa­kis­­tan vətəndaşlarının, ikinci halda isə İraq vətəndaşının pasportları aş­kar olunub, məqsədlərinin Azərbaycan Respublikasının ərazisin­dən tranzit istifadə etməklə Avropa ölkələrinə mühacirət etmək olması müəyyənləşdirilib. 
 
 
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190

Oxşar yazılar