Masallıda quldurluq etmiş şəxsin başqa cinayətləri üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, quldurluq etdiyinə görə tutulmuş Samir Həşimovun ətrafında Masallı RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən ümumilikdə 6000 manata yaxın pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Araşdırma aparılır.