33 min manatlıq daş alıb pulunu vermədi
03 aprel 2018 13:42 (UTC +04:00)

33 min manatlıq daş alıb pulunu vermədi

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, 2016-ci ilin iyul ayında Xızı Rayon Polis Şöbəsinə müraciət edən Yaşma sakini Azad Cəlilov qeyd edib ki, İlqar adlı şəxs ona yalan vəd verərək 2015-ci ilin iyul ayında ona məxsus Siyəzən rayonu ərazisində yerləşən daş karxanasından ümumi dəyəri 33189.00 manat olan tikinti materialını əvəzsiz olaraq alaraq pulunu mənimsəyib.

Xızı Rayon Polis Şöbəsi tərəfindən barəsində axtarış edilən Bakı şəhər sakini İlqar Məmmədov Quba RPŞ əməkdaşları tərəfindən 01 aprel tarixində rayon ərazisində saxlanılaraq istintaqa təqdim edilib.

Ətrafında keçirilmiş tədbirlərlə məlum olub ki, İ.Məmmədov zərərçəkmiş A.Cəlilovdan dələduzluq yolu ilə əldə etdiyi çınqıl materialını qabaqcadan külli miqdarda borclu olduğu Bakı şəhər sakini Azər Əhmədova hər tonu 9 (doqquz) manatdan sataraq borcunu ödəyib.

Qeyd edilən faktla bağlı Xızı Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar

Azərbaycanda sabiq diplomat SAXLANILDI

Azərbaycanda sabiq diplomat SAXLANILDI

22 iyul 2024 , 23:39
Bakıda "Kia" YANDI

Bakıda "Kia" YANDI

22 iyul 2024 , 22:16
Səfa Mirzəyev VƏFAT ETDİ

Səfa Mirzəyev VƏFAT ETDİ

22 iyul 2024 , 22:06
Bakıda avtobus  yandı

Bakıda avtobus yandı

22 iyul 2024 , 21:11
Xırdalanda qatar uşağı vurub öldürdü

Xırdalanda qatar uşağı vurub öldürdü

22 iyul 2024 , 20:55
Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

Yevlaxda yanğında xəsarət alan azyaşl öldü

22 iyul 2024 , 19:57
Bakıda azyaşlını girov götürüb , öldürəcəyi ilə hədələdilər - Polis...

Bakıda azyaşlını girov götürüb, öldürəcəyi ilə hədələdilər - Polis...

22 iyul 2024 , 19:46
Bakıda uşaq bağçasından OĞURLUQ:  Görün nə apardılar?

Bakıda uşaq bağçasından OĞURLUQ: Görün nə apardılar?

22 iyul 2024 , 19:30