Bakıda içi pulla dolu seyf oğurlamış şəxs tutulub. Lent.az-ın məlumatına görə, iyulun 13-nə keçən gecə Lökbatan qəsəbəsində yaşayan İlham Əliyevin evindən, içərisində 7800 manat olan dəmir seyf və mobil telefon oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yardımlı rayon sakini, 1994-cü il təvəllüdlü Neymət Əlişov tutulub.
Araşdırmalar davam etdirilir.