20 yaşlı gənc peşə məktəbinin qarşısında öldürüldü
13 noyabr 2014 23:51 (UTC +04:00)

20 yaşlı gənc peşə məktəbinin qarşısında öldürüldü

0

Bu gün axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz peşə məktəbinin qarşısında baş verib. Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Nəbiyev Polad Rafiq oğlu bıçaqlanıb. P. Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.  

 

Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1404

Oxşar yazılar