Bakıda şadlıq evindən səsgücləndirici avadanlıqlar oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 20-nə keçən gecə, Bakı şəhər sakini Seyran Ağazadəyə məxsus Xoyski küçəsində yerləşən şadlıq evindən, mətbəxin plastik qapısını sındırmaq yolu ilə zaldan səs gücləndirici avadanlıqlar oğurlanıb. Nərimanov RPİ CAŞ CAQ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cəsur Hüseynov və Ceyhun Ağalarov tutulub.
Araşdırmalar davam etdirilir.