11 yaşlı məktəbli özünü asdı
18 yanvar 2014 13:58 (UTC +04:00)

11 yaşlı məktəbli özünü asdı

Azərbaycanda daha bir məktəbli intihar edib. Lent.az-ın Kanal S-ə istinadən verdiyi məlumata görə, İsmayıllının Quşəncə kəndində 2003-cü il təvəllüdlü Cəbiyev Vüqar Natiq oğlu özünü həyətdəki ağaclardan birində asıb. Uşağın anası həmin vaxt bulağa su gətirməyə gedib və evə qayıdanda uşağını həyətdə asılmış vəziyyətdə görüb. Anasının sözlərinə görə, o, uşağı səhər məktəbə yola salıb. Ancaq onun hansı səbəbdən evə tez qayıtması və intihar etməsi məlum deyil. Mərhumun cəsədi müayinə üçün morqa aparılıb.

Hazırda İsmayıllı rayon Prokurorluğu faktı araşdırır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 

# 2012
avatar

Oxşar yazılar