Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan avtomobillərin sərbəst keçidi davam edir.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 təminat maşını - bir hərbi polis və bir yük avtomibili Xankəndidən Laçın stiqamətinə keçib.
Avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillər üçün dəhliz açıb.