Vilayət Eyvazov Xankəndinə polis rəisi  təyin etdi
12 fevral 2024 18:27 (UTC +04:00)

Vilayət Eyvazov Xankəndinə polis rəisi təyin etdi

Xankəndi Şəhər Polis Şöbəsinə polis rəisi təyin edilib.

Lent.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Zaur Nəsirov Xankəndi şəhər Polis Şöbəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Zaur Nəsirov bundan əvvəl Göygöl Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. O, əslən Xankəndi şəhərindəndir. 

Qeyd edək ki, bu, Azərbaycan suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş şəhərimizə ilk polis rəisi təyinatıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8634
avatar

Oxşar yazılar