Uşaqlarını pəncərədən tullanmağa  məcbur etdilər
20 fevral 2024 12:09 (UTC +04:00)

Uşaqlarını pəncərədən tullanmağa məcbur etdilər

Rusiyanın Orenburq vilayətində valideynlər 15 yaşlı oğlu və 2 yaşlı qızını mənzilin pəncərəsindən atmağa məcbur ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, hər iki valideynin spirtli içki aludəçisi və ailənin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatda olduğu deyilir. Mütəxəssislər yoxlama üçün onların evinə gəlməli olublar. Valideynlər də uşaqlara pəncərədən tullanmağı tapşırıb.

Uşaqların yaşayış şəraitinin sanitar tələblərə cavab vermədiyi, evdə bütün ailə üzvləri üçün kifayət qədər yer olmadığı bildirilir. Aidiyyatı dövlət qurumu məhkəməyə müraciət edib. Nəticədə ana və ata valideynlik hüquqlarından məhrum edildi.

Onlardan qəyyumluq orqanına verilmiş uşaqların saxlanması üçün aliment də tələb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3798
avatar

Oxşar yazılar