Ucarda piyadanı maşın vuraraq öldürüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində baş verib.
Yolu keçən piyada, 78 yaşlı Yediyar Məhəmmədəli oğlu Bəşirovu avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən həyatını itirib.
Fakt araşdırılır.