Toydan  çıxan qadını   maşın vurub öldürdü
04 noyabr 2023 22:42 (UTC +04:00)

Toydan çıxan qadını maşın vurub öldürdü

Şabranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Xaçmaz rayon sakini, 59 yaşlı Nigar Səfərəliyevanı "VAZ" markalı avtomobil vurub.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

İlkin məlumata görə, hadisə N.Səfərəliyeva Ağalıq kəndində toy məclisindən çıxan zaman baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5376
avatar

Oxşar yazılar