Gəncə şəhər Baş Polis İdarəsi 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə ragional qrupundan Lent.az-a verilən xəbərə görə, nəticədə vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb.
Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki qəbul etdiyi, daha sonra Tovuz rayonuna qayıdarkən avtomobil qaçırdığı məlum olub. F. Aydınov Şəmkir rayonunda saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.