Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə ölüb.
Lent.az xəbər verir ki, hadisə “Baxça Şəhər” adalanan ərazidə qeydə alınıb.
1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.