Sumqayıtda yeniyetmə dəm qazından boğulub.
Lent.az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.
Belə ki, 16 yaşlı Fatimə Nurəliyeva yaşadığı evin hamamotağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.