Rusiyanın Moskva vilayətinin Ximki şəhərində təhlükəsizlik qüvvələri saxta tütün məmulatları və “elektron siqaret” satışı ilə məşğul olan bir qrup azərbaycanlını yaxalayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, müştərilər sosial şəbəkələrdə saxta mallardan və satıcıların pis davranışından şikayətləniblər.
Saxlanılanların Rusiyada qeyri-qanuni yaşadıqları müəyyənləşib və ölkədən çıxarılmaları gözlənilir. Saxta mallar götürülüb və cinayət işinin başlanacağı ehtimal olunur.