Rüşvət alan yol polisi rəisi işdən QOVULDU
17 aprel 2024 20:00 (UTC +04:00)

Rüşvət alan yol polisi rəisi işdən QOVULDU

Rusiyanın Severouralsk şəhərinin yol polisinin qeydiyyat-imtahan şöbəsinin rəisi Denis Rıbakov rüşvət aldığına görə Daxili İşlər Nazirliyindən qovulub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Valeri Qorelix açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rıbakov regional hüquq-mühafizə orqanının daxili təhlükəsizlik işçiləri tərəfindən aparılan əməliyyatlardan sonra xidməti tərk etməli olub.

O, qeyd edib ki, saxlanıldıqdan sonra yol polisi rəisi həbs edilib və cinayət işinə cəlb olunub.

Denis Rıbakov 2023-cü ilin noyabrında rüşvət alarkən cinayət başında yaxalanıb. Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5232
avatar

Oxşar yazılar