Rüşvət alan polis rəislərinə  HÖKM OXUNDU - Serjantlara da pul veriblər
09 oktyabr 2024 15:33 (UTC +04:00)

Rüşvət alan polis rəislərinə HÖKM OXUNDU - Serjantlara da pul veriblər

Rusiyanın Kursk şəhərinin Kirovski rayon Məhkəməsi rüşvətxorluqda təqsirli bilinən keçmiş polis rəislərinə hökm oxuyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, iki keçmiş polis əməkdaşı rüşvət kimi 300 min (təxminən 5280 manat) və 250 min rubl (təxminən 4400 manat) alıb, bunun da 50 min rublunu (880 manat) vasitəçiliyə görə mükafat olaraq serjantlara veriblər.

Barəsində işdən çıxarılma qərarı verilən daha bir polis əməkdaşı aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını oğurlayıb. O, həmkarından rüşvət kimi sonrakı köçürmə üçün 250 min rubl alıb, lakin bunu etməyib və öz istəyi ilə sərəncam verib.

Məhkəmə iki keçmiş polis əməkdaşını üç il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edilməklə 1,3 milyon (22 min 880 manat) və 1,5 milyon rubl (26 min 400 manat)məbləğində cərimələyib. Üçüncü polisə isə 300 min rubl (5280 manat) cərimə və iki il müddətinə hüquq-mühafizə orqanlarında xidmət etmək qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar