Rusiyada bazara BASQIN:  azərbaycanlılar cərimələndi - VİDEO
07 oktyabr 2026 10:29 (UTC +04:00)

Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO

0

Rusiyanın Novorossiysk şəhərində polis əməkdaşları qəfil reyd üçün şəhərdəki tərəvəz bazarlarından birinə daxil olublar.

Lent.az yerli mediaya istinadla bildirir ki, yoxlama zamanı 21 nəfərin miqrasiya qanunvericiliyini pozduğu müəyyən edilib.

Yoxlamada Krasnodar diyarı üzrə Daxili İşlər Nazirliyinin Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin, Novorossiysk üzrə Miqrasiya Məsələləri Şöbəsinin və digər hüquq-mühafizə bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı Özbəkistan, Tacikistan və Azərbaycan vətəndaşlarının sənədləri yoxlanılıb. Onlar barəsində ümumilikdə 21 inzibati protokol tərtib edilib.

Protokollardan 10-u Rusiyada qanunsuz əmək fəaliyyəti ilə məşğul olmağa, 11-i isə ölkədə qalma rejiminin pozulmasına görə tərtib olunub.

Polisin məlumatına görə, səkkiz xarici ölkə vətəndaşı Rusiyadan deportasiya ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 446

Oxşar yazılar