Qonşusu ilə dava etdi,  hirslənib ağzını tikdi
08 iyul 2026 19:33 (UTC +04:00)

Qonşusu ilə dava etdi, hirslənib ağzını tikdi

0

Yaponiyanın İbaraki prefekturasında yaşayan qadın qonşusuna hücum edərək onun ağzını sapla tikib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Koqa şəhərində qeydə alınıb.

42 yaşlı zərərçəkən ağzı sapla tikilmiş vəziyyətdə, əlində kağız və qələmlə yaxınlıqdakı mağazaya qaçaraq satıcıya kömək istədiyini bildirən qeyd təqdim edib. Bundan sonra hadisə yerinə çağırılan polis onun qonşuluğunda yaşayan 49 yaşlı Masae Sakuraini saxlayıb.

Zərərçəkən bildirib ki, uzun müddət qonşusundan qorxduğu üçün heç kimdən kömək istəyə bilməyib.

Məlumata görə, onlar 2025-ci ilin aprel ayından qonşu kimi yaşayırlar. Qonşular Sakurainin ünsiyyətcil olmadığını, lakin sakit xarakterli biri kimi tanındığını deyiblər.

Qadının bu əməli hansı səbəbdən törətdiyi hələ ki müəyyənləşdirilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar