Lori rayonunun kəndlərinin birində 14 yaşlı qız özünü asıb.
Lent.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, faciə avqustun 13-ü günorta saatlarında baş verib.
Mərhumun bacısı 11 yaşlı E.D.nin sözlərinə görə, o, qonşularından qayıdıb və görüb ki, böyük bacısı 14 yaşlı M.D. özünü şərflə tövlənin divarındakı borudan asıb. Qız qonşuları və təcili yardım çağırıb, onu xəstəxanaya çatdırmağa çalışıblar.
Qız təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda özünə gəlmədən dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.