Qobustanda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.