Bakıda küçədən partlayıcı sursat aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu öz sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Nəşriyyatın yanında qumbara aşkar edildi. Binanın ətrafını təmizləyən fəhlə xoşbəxtlikdən beli qumbaraya toxundurmayıb. Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsun dərhal gəldilər”.