Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU
25 aprel 2024 14:43 (UTC +04:00)

Polis idarəsinin rəisi işçilərlə birgə HƏBS OLUNDU

Rusiyanın Moskva vilayətinin müstəntiqləri qanunsuz miqrasiyanın təşkili, rüşvət alma və vermə işi üzrə dördü polis əməkdaşı olmaqla 14 vətəndaşa qarşı ittiham irəli sürüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, 2022-ci ilin yanvar ayından 2024-cü ilin mart ayına kimi tərkibində Balaşıxinskoye polis idarəsinin rəisi, onun tabeliyində olan iki nəfər və bir təcrübəçinin daxil olduğu mütəşəkkil dəstə 1500 xarici vətəndaşı pul mükafatı üçün qondarma qeydiyyata alıb. Onlar Reutov və Balaşixa şəhərlərində yaşayış binalarında qeydiyyata alınsalar da, əslində orada yaşamayıblar. Rüşvətin məbləği bir milyon rubldan çox olub.

Bundan əlavə, müttəhimlər miqrantlara guya rus dilini bilmələri, Rusiya tarixini, ölkə qanunvericiliyini bilmələri barədə qondarma arayışlar, həmçinin Rusiya Federasiyasında leqallaşdırılması üçün lazım olan sənədlər veriblər.

İstintaqın məlumatına görə, artıq 12 təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri, iki nəfər barəsində ev dustaqlığı seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 114420
avatar

Oxşar yazılar