Moskvada 76 yaşlı polis generalının meyiti tapılıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, general-mayor özünü güllələyib.
Onun meyitini həyat yoldaşı mənzildə aşkar edib. Səhər saatlarında atəş səsi eşidən xanım, artıq otağa keçəndə generalın öldüyünü görüb. Hazırda hadisə yerində kriminalistlər işləyir.