Bakının Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Pirallahı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəsir İbrahimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.