Ötən ay dənizdə batan  82 yaşlı kişinin meyiti tapıldı
08 oktyabr 2026 12:29 (UTC +04:00)

Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

0

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 24-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı İsgəndərov Fərhad Məsim oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar